Sea Breeze

2025-ci ilin yanvar və fevral ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 2 914 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb.

Bununla yanaşı, Xidmət tərəfindən 3 218 sorğu və məktuba baxılıb. Həmçinin rəhbər vəzifəli şəxslər və əməkdaşlar tərəfindən 2 963 vətəndaş fərdi qaydada qəbul edilib.

Daxil olan müraciətlər əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və digər sahələrlə bağlı olub.

Hər bir müraciət qanunvericiliyin tələbləri əsasında cavablandırılıb, sorğu xarakterli müraciətlərə isə müvafiq izahatlar verilib.

ETX
ETX
ETX