Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq qəbul edilib.
Modern.az xəbər verir ki, hesabat qəbul edildikdən sonra Baş nazir Əli Əsədov deputatların səsləndirdiyi fikirlərə münasibət bildirir, qaldırılan məsələlərə aydınlıq gətirir.
***
11:02
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Modern.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi daxil edilib.
İclasda Azərbaycanın Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak edir.
***
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Modern.az xəbər verir ki, iclasın gündəliyinə yalnız bir məsələ daxil edilib.
Belə ki, iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə ediləcək.