AZ

Endokrinoloji Mərkəzdə yoxlamalar başladı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.

XəzərNews.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Mərkəzin rəhbərliyi, eləcə də bir neçə həkim endokrinoloq barəsində araşdırma aparılır.

Onların arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədovanın olduğu bildirilir.

Bildirilib ki, araşdırmanın aparılmasında səbəb xəstələrdən rüşvət alınması faktları ilə bağlı olub.

TƏBİB-dən bildirilib ki, proseslə bağlı məlumatlar Baş Prokurorluqda mövcuddur.

Xəbər 13 dəfə oxunub.
Seçilən
7
4
xezernews.az

5Mənbələr