AZ

İşğal olunmuş torpaqlarının qaytarılması münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik etmək lazımdır - Devid Merkel

Bakı. Trend:

İşğal olunmuş torpaqların Azərbaycana qaytarılması münasibətiləAzərbaycan hökumətini və xalqını təbrik etmək lazımdır.

Trend xəbərverir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsindəjurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin Avropa və Avrasiyaməsələləri üzrə köməkçisinin sabiq müavini Devid Merkel deyib.

O, beynəlxalq ictimaiyyətin bunu sülh yolu ilə həyata keçirəbilmədiyini, lakin artıq bu işin görüldüyünü bildirib:

"Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidənqurulması aparılır. Ona görə də hesab edirəm ki, bu, ölkənin vəbütün regionun qeyd edə biləcəyi bir şeydir.

Aydındır ki, Qarabağda məsələ döyüş meydanında həll olunub.Beləliklə, Qarabağda baş verənlər, məncə, çox vacibdir və hesabedirəm ki, orada aparılan yenidənqurma işləri çoxlu dərslərverəcək. Ümid edək ki, digər münaqişələrdə də beynəlxalqictimaiyyət daha böyük liderlik göstərəcək və problemi döyüşmeydanında həll etməyi ölkə xalqının və rəhbərliyinin öhdəsinəburaxmayacaq. Düşünürəm ki, bu, həm də Cənubi Qafqazdamünasibətlərin normallaşması daha geniş inteqrasiya imkanıyaradır".

O, burada - Qlobal Bakı Forumunda olmaqdan çox məmnun olduğunuda qeyd edib:

"Bu forumun bir neçəsində olmuşam. Bu, regionda çox mühümtoplantıdır və Prezident ilham Əliyevi bu konfransa liderləri biraraya gətirməkdə göstərdiyi liderliyə görə təbrik etmək lazımdır.Bu forum fərqli baxışları olan insanlar üçün bir fürsətdir. Mühümməsələlər haqqında danışmaq üçün böyük liderlik təcrübəsi tələbolunur".

"Avropanın böyük dövləti olan Ukraynada sabitliyin bərqərarolunması da gündəlikdə duracaq əsas məsələlərdəndir. Biz istərdikki, həm Ukraynada, həm də Qəzzada münaqişələr danışıqlar yolu iləhəll olunsun.

Həm də Qəzzada davamlı sülhün əldə olunması çox vacibdir. Ümidedək ki, beynəlxalq ictimaiyyət dünyada mümkün digər münaqişələrdədə daha çox fəallıq göstərəcək və bunun hərbi münaqişəyəçevrilməsinə əngəl olacaq", - deyə Devid Merkel vurğulayıb.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Seçilən
2
az.trend.az

1Mənbələr