Bakı, 14 mart, AZƏRTAC
“Azərbaycanın münaqişədən sonra həyata keçirdiyi yenidənqurma işləri çox müfəssəldir. Qarabağda münaqişədən sonrakı inkişaf dövrü üçün hazırlanan hərtərəfli plan məni valeh etdi. Dünyanın başqa yerlərində belə əhatəli proqram görməmişəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası" adlı panel iclasında Qırğızıstanın sabiq baş naziri Comart Otorbayev deyib.
O bildirib ki, Azərbaycan məqsədyönlü yanaşma sayəsində öz hədəflərinə çatacaq və bütün dünyaya həqiqətən də münaqişədən sonrakı bərpa işləri üçün nümunə olacaq.