AZ

Putin Səudiyyə vəliəhdi ilə danışdı

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər “OPEC+” sazişləri və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda, qlobal neft bazarındakı mövcud durum müzakirə edilib.

Bildirilir ki, liderlər “OPEC+” çərçivəsində Rusiya ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlıqla bağlı cari məsələləri də müzakirə ediblər:

“Həm neft istehsalçılarının, həm də neft istehlakçılarının mənafeyi naminə qlobal neft bazarının sabitliyini təmin etmək və tələb və təklif arasında tarazlığı qorumaq üçün bu unikal çərçivənin əhəmiyyətini vurğulayıblar”. 

Seçilən
4
cebheinfo.az

1Mənbələr