1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Sülh prosesi Azərbaycan xalqını razı salacaqsa, bu, mükəmməl nəticədir. Qafqaz regionunda stabillik təmin olunmalıdır və hər bir ölkənin suveren hüquqları, sərhədlərinin toxunulmazlığı qorunmalıdır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Latviya Respublikasının sabiq müdafiə və xarici işlər naziri Artis Pabriks deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə səfər edib:
"Düşünürəm ki, hələ görüləcək çox iş var. Amma işlər uğurla icra edilir. Ölkənizə hər şeyin ən yaxşısını arzulayıram. Çünki işğalın və müharibənin necə ağır nəticələri olduğunu görmüşəm".
Məhərrəm Əliyev