Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Baş nazir Rusiya prezidentinə “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş”in mətninin layihəsi üzrə danışıqların başa çatması barədə məlumat verib.
Regional və ikitərəfli münasibətlərlə bağlı digər məsələlər də müzakirə olunub.
Ağarza Elçinoğlu