AZ

"Real" 100 milyonluq transferə hazırdır

style='margin-bottom:10px;'>

"Sportinq"in futbolçusu Viktor Qyökereşi transfer etmək üçün mübarizəyə "Real" da qoşulub.

QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

26 yaşlı hücumçunun oyunu Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelottinin diqqətini cəlb edib. Klub rəbərliyi isə Ançelottinin bu istəyinə müsbət yanaşıb. "Real" isveçli futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır. 

"Kral klubu" Qyökereşin transferinə uzunmüddətli yatırım kimi yanaşır. 

Qeyd edək ki, Qyökereş cari mövsüm "Sportinq" üçün 40 matçda 39 qol vurub və 9 qolun ötürməsini verib. Onu transfer etmək istəyən klublar arasında "Mançester Yunayted və "Mançester Siti" də var.

Seçilən
18
2
teleqraf.com

3Mənbələr