AZ

Türk dövlətləri qiymətləndiriciləri Özbəkistanda bir araya gəlir

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri və Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt Daşkənd şəhərində keçirilən Türk Dövlətləri Qiymətləndiricilərinin IV Beynəlxalq Konqresində iştirak etmək üçün Özbəkistana rəsmi səfərə yola düşüblər.

Bu barədə AQC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən  Tribunainfo.az -a verilən məlumata görə, kollektiv şəkildə Türk Dövlərləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) üzvü olan Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə AQC-ni sədr Vüqar Oruc, sədr müavinləri İbrahim Quliyev və Nail Həşimov, icra aparatının rəhbəri Rüfət Əliyev təmsil edirlər.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti qiymətləndiricilər birlikləri rəhbərlərinin və təmsilçilərinin iştirak edəcəyi konqresdə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc ötən dövr ərzində CAATS-ın gördüyü işlər və qurumun gələcək fəaliyyət istiqamətləri, türk dövlətləri qiymətləndiricləri arasında yeni əməkdaşlıq formatları mövzusunda giriş nitqi söyləyəcək. AQC sədrinin müavini, iqtisadçı alim İbrahim Quliyev isə Azərbaycanda qiymətləndirmə sektorunun mövcud vəziyyəti, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsinin qəbulu ətrafında məruzə ilə çıxış edəcək.

Xatırladaq ki, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) yaradılması barədə qarşılıqlı razılaşma müqaviləsi 2023-cü ilin aprel ayında Bakıda keçirilən Türk Dövlətləri Qiymətləndiricilərinin “Zirvə Görüşü”ndə imzalanıb və iyun ayının 1-də Qazaxıstanın Türküstan şəhərində təsis olunub. 2023-cü ilin noyabr ayında Ankara şəhərində Türk Dövlətləri Qiymətləndiricilərinin II, ötən ilin 30 may – 1 iyun tarixlərində Bakı şəhərində isə III Beynəlxalq Forumları keçirilib. Həmin tarixdən etibarən CAATS-a AQC sədri Vüqar Oruc rəhbərlik edir.

7 türk dövlətindən aparıcı qiymətləndirmə birlikləri, 700-dən artıq qiymətləndirmə şirkəti, minlərlə qiymətləndirici bu qurumda təmsil olunur. Rusiya, Belarus, Gürcüstan və digər ölkələrin qiymətləndirmə birlikləri qonaq qismində Şuranın fəaliyyətində yaxından iştirak edirlər.

Seçilən
4
9
tribunainfo.az

10Mənbələr