AZ

Sabunçuda əməliyyat - Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir saxlanılıb (FOTO/ VİDEO)

Bakı. Trend:

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə MübarizəBölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbir zamanıpaytaxt sakini 38 yaşlı Hüseyn Hüseynov saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ondan 1 kiloqrama yaxın kristalşəkilli güclütəsiredici narkotik vasitə olan kokain, 329 ədəd ekstazi və metadonhəbi, eləcə də 178 qram marixuana aşkarlanıb. H.Hüseynov paytaxtərazisində kokainin satışını təşkil edən əsas şəxs olub. O, ifşaedilməməsi üçün onunla əlaqə saxlayanlara özünü əcnəbi vətəndaşkimi təqdim edib və xarici dillərdə ünsiyyət saxlayıb.

H.Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətindəəməliyyat tədbirləri davam etdirilir.

Həmçinin, Sabunçu RPİ-nin NMB əməkdaşları tərəfindən cari ilinəvvəlindən keçirilən tədbirlər zamanı 36 kiloqram narkotik vasitəvə əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkarlanıb.

Sabunçuda
Sabunçuda
Sabunçuda
Məqalədə:
Seçilən
2
25
az.trend.az

10Mənbələr