AZ

Azad olunmuş 8 şəhərin baş planı başa çatdırılıb

Bakı. Trend:

Artıq işğaldan azad olunmuş 8 şəhərin baş planı başaçatdırılıb.

Trend xəbər verir ki, bunu Azərbaycan DövlətŞəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII QlobalBakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"90 kəndin planlaşdırılması başa çatıb. Bu gün artıq həminərazilərdə ümumilikdə 30 minə yaxın insan yaşayır.

O cümlədən, 3 min keçmiş məcburi köçkün ailəsi və digər insanlar- tələbələr həmin ərazilərdə yaşayır, fəaliyyət göstərirlər", - oqeyd edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Seçilən
4
az.trend.az

1Mənbələr