AZ

Turizm səfərlərinin illik dinamikası müsbətdir - Sevil Mikayılova

"Hesabatda əks olunan turizm səfərlərinin illik dinamikası müsbətdir. Lakin bu göstərici daha yüksək ola bilər. Ölkənin turizm üçün cəlbediciliyinin daha da artırılması məqsədilə turizm bölgələrinin investisiya xəritəsinin hazırlanması effektiv olar".

Bakıvaxtı.az xəbər verir ki, hesabat Milli Məclisin bugünkü plenar iclasında deputat Sevil Mikayılova deyib.

Deputat qeyd edib ki, təklif edilən xəritə potensial investorlar üçün aydın və sistemli məlumat bazası yaradaraq, sahəyə yönəldiləcək sərmayələrin daha səmərəli və məqsədyönlü şəkildə istiqamətləndirilməsinə kömək edə bilər.

Mina Mikayılova

Seçilən
9
bakivaxti.az

1Mənbələr