AZ

Salyan rayonunda iftar süfrəsi təşkil edilib.

Salyan rayonunda iftar süfrəsi təşkil edilib.

“İki sahil” xəbər verir ki,  mərasimdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Salyan Rayon Təşkilatının sədri Elmar Əhmədov, din xadimləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərasim rayonda fəaliyyət göstərən bölgə nahiyyə qazisi tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamış, müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən söhbət açmış, insanlar arasında mənəvi paklığı tərənnüm etdirən bu müqəddəs ayda bütün duaların qəbul olunmasını diləmişdir.

Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov qarşıdan gələn Ramazan bayramı münasibətilə mərasimdə iştirak edənləri səmimi qəlbdən təbrik etmiş, müqəddəs ayın ölkəmizə uğur, bərəkət gətirməsini, bayrağımızın hər zaman yüksəklərdə olması arzularını ifadə etmişdir. Bildirmişdir ki, artıq dövlətimiz Müqəddəs Ramazan bayramını qalib ölkə olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd edir. Rayon rəhbəri torpaqlarmızın ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısını diqqətə çatdırmışdır. İftar mərasimində Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilmiş, onların ruhlarına dualar oxunmuşdur.

Seçilən
8
ikisahil.az

1Mənbələr