AZ

Avropa İttifaqı Qırğızıstan və Tacikistan arasında sərhəd razılaşmasını alqışlayır

BAKI,TurkicWorld

Avropa İttifaqı (Aİ), Qırğızıstan və Tacikistan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə son razılaşmanın imzalanmasını müsbət qiymətləndirir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu razılaşma dialoqa və mübahisələrin dinc yolla həllinə əsaslanan mühüm addımdır və Mərkəzi Asiyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.

Avropa İttifaqı regional əməkdaşlığı dəstəklədiyini və bu razılaşmanın icrasına töhfə verməyə hazır olduğunu bəyan edib.

Bildirilib ki, bu proses Aİ-nin Mərkəzi Asiya strategiyasına və Aİ ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin dərinləşdirilməsinə yönəlmiş Birgə Yol Xəritəsinə tam uyğundur.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan arasında 1991-ci ildən bəri davam edən sərhəd mübahisəsi rəsmi olaraq həll edilib.

Prezidentlər Sadır Japarov və Emoməli Rəhmanov “Qırğız Respublikası ilə Tacikistan Respublikası arasında Qırğızıstan-Tacikistan dövlət sərhədi haqqında Saziş”i imzalayıblar.

Bu müqavilə iki ölkə arasında illərlə davam edən mübahisələri rəsmi şəkildə həll edib. Saziş çərçivəsində Kızıl-Bel və Kayrağaç avtomobil yollarında keçid məntəqələri videokonfrans vasitəsilə istifadəyə verilib.

Həmçinin, Düşənbə-Bişkek-Düşənbə hava reyslərinin martın 14-dən fəaliyyətə başlayacağını elan edən Rəhman, eyni zamanda terror, ekstremizm, radikalizm, beynəlxalq cinayət təşkilatları, kibercinayətlər və narkotik qaçaqmalçılığına qarşı birgə mübarizə aparmaq barədə razılıq əldə olunduğunu qeyd edib.

Seçilən
6
turkic.world

1Mənbələr