Bakı, 14 mart, AZƏRTAC
İqtisadi Əməkdaşlıq Təşkilatının (İqƏT) Baş katibi Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin sədri (DGK) Şahin Bağırovla görüşüb.
DGK-dən AZƏRTAC-a bildirilib ki, görüşdə İqƏT üzv ölkələrin gömrük xidmətləri arasında əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətindən bəhs edilib, eyni zamanda İqƏT Gömrük Xidmətləri Rəhbərləri Şurasının növbəti iclasında müzakirə olunacaq məsələlər - qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqƏT məlumat bazasının yaradılması, gömrük işi sahəsində qarşılıqlı inzibati yardım, İqƏT regionunda gömrük məsələlərində potensialın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.