AZ

Moskva təhlükədə: Ukrayna yenə dron hücumuna BAŞLADI

Ukrayna Rusiyaya yenə dronlarla hücuma keçib. Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan 4 Ukrayna pilotsuz təyyarəsinin hücumunu dəf edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

“Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan 4 pilotsuz təyyarənin hücumunu dəf edib”. “Təcili yardım xidmətlərinin mütəxəssisləri dağıntıların düşdüyü yerdə işləyir”, o Telegram-da yazıb.

Xatırladaq ki, martın 11-də Moskva və Moskva vilayəti 3 nəfərin ölümü, 20-yə yaxın insanın yaralanması ilə nəticələnən iri pilotsuz təyyarə hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi Moskva və Moskva vilayəti səmalarında 91 pilotsuz uçan aparatın məhv edildiyini bildirib. Ümumilikdə həmin gecə 337 pilotsuz təyyarə vurulub.
Onu da qeyd edək ki, Ukrayna hərbçiləri müxtəlif vasitələrdən (o cümlədən pilotsuz uçuş aparatlarından) istifadə edərək, mütəmadi olaraq Rusiyanın sərhəd rayonlarını, xüsusilə Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərini atəşə tutur və hücuma keçir.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin Kiyev rejiminin 8 il istehzasına məruz qalanların müdafiəsi üçün bunu “soyqırım” adlandırıb.

Seçilən
15
veteninfo.az

1Mənbələr