AZ

Samovar

Cəlil Məmmədquluzadənin “Çay dəstgahı”nı oxuyanlar bilər, alleqoriyada “necə etməli” sualına cavab axtarılır. 

AFFA İcraiyyə Komitəsinin son iclasında masaya düzülən çaydanlar da futbolumuzun alleqorik təsviridir.

Tərkibi “multivitaminə” bənzəyən İK-dakılar “xoruzquyruğu” yudumlaya-yudumlaya “nə etməli”, “necə etməli” çarəsizliyini yaşayır.

Ya da bu bizə belə gəlir…

Bəlkə də İK qayğılı deyil, elə lap üzvlərdən biri olan Leyla xanımın baxışlarındakı kimi – vecsiz, “biz bura niyə toplaşmışıq”dır…?

Amma zaman sürətlə gedir.

Çay soyuyacaq, yeni samovar dəmlənəcək, çay soyuyacaq, yeni samovar dəmlənəcək, çay soyuyacaq…

…Və dəmə qoyulan futbolumuz qocaman bir çayxana!

Halvasını çalanlar gələnədək…

Elçin Cəlilov

P.S. Amma tarixin “Boston çay qonaqlığı” da var.

Seçilən
4
futbolpress.az

1Mənbələr