AZ

Novruzda Qafqaza sülh gələcək, əgər bu, gerçəkləşsə...

“44 günlük Vətən müharibəsini sonlandıran 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli sazişdən sonra, əslində elə bir il müddətində sülh sazişi imzalana bilərdi. Son dörd il yarım ərzində Ermənistan bu müddəti siyasi dəstək və hərbi güc qazanmaq üçün sərf edib”.

Bunu Publika.az-a açıqlamasında ehtiyatda olan general Yücel Karauz deyib.

Onun sözlərinə görə, Ermənistan rəsmi olaraq sənəd imzalamadan Nikol Paşinyanın bütün maddələr üzrə razılığa gəlməsi, əvvəldən qalan konstitusiya məsələlərini və başqa nüansları yerinə yetirəcəyinə dair verdiyi vədlər inandırıcı deyil:

“Əgər o, hər şeyə razılaşacaqdısa, ordusunu silahlandırmaq üçün bu qədər pul xərcləməsinə, Avropa missiyasından və ABŞ-dan dəstək almasına ehtiyac yox idi. Digər tərəfdən baxsaq, Ermənistanın hər cür cəhdlərinə baxmayaraq başqa çıxış yolu qalmadığını anladığı üçün bu qərarı verdiyini düşünmək olar. Bəlkə də o, bu kontekstdə yeni dünya, geosiyasi reallıqlarla barışaraq sülhə razı oldu.

Lakin unutmaq lazım deyil ki, Ermənistan çoxölçülü siyasət aparır. Məsələn, Paşinyan son günlərdə Türkiyədən jurnalistləri dəvət edərək Türkiyə ictimaiyyətinə təsir etmək məqsədi daşıyan fəaliyyətlərlə məşğuldur. Bu səbəbdən sülh sazişinin maddələrində diqqətli olmaq vacibdir. Münaqişənin heç bir tərəfə faydası yoxdur. Əgər Ermənistan həqiqətən də səmimi davranaraq faktlar əsasında sülh qərarı verirsə, bu, elə ən çox Ermənistanın xeyrinə olacaq”.

General diqqətə çatdırıb ki, prosesə xələl gətirmək istəyən digər tərəflər, xüsusən də qonşu dövlətlər Ermənistanın bu qərarından əl çəkməsi və prosesi pozmaq üçün təxribatlara əl ata bilərlər:

“Sülh prosesi tamamlanıb, imza atılana qədər bu cür hadisələr çox yaşanacaq. Bunu Xocalının qaniçən qatillərini təmsil edən ünsürlər həyata keçirəcək. Onlar prosesi dayandırmaq və sülhün gəlməsinə mane olmaq istəyəcək. Ermənistanda sülh masasının yaradılması nə qədər mühümdürsə, torpaqlarında olan xarici ölkələrin dırnaqarası müşahidə qrupları, kəşfiyyat və hərbi məqsədli ünsürlərin də oranı tərk etməsi o qədər mühümdür.

Seçilən
1
publika.az

1Mənbələr