AZ

Zakir Fərəcov Sumqayıt sakinlərinin müraciətlərini dinlədi

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşlarla görüş keçirib

Korrespondent.az xəbər verir ki, martın 14-də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar görüşü baş tutub. 4-cü məhəllə ərazisində keçirilən görüşdə İcra Hakimiyyətinin rəsmiləri, şəhərin müxtəlif idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.

Görüş zamanı vətəndaşlar tərəfindən sosial müdafiə, mənzil-məişət şəraiti, məşğulluq və digər aktual məsələlərlə bağlı müraciətlər səsləndirilib. Sakinlərin qaldırdığı problemlərin böyük bir hissəsi yerində həll olunub, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Sumqayıt şəhər İcra Hakimiyyəti vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsini, onların problemlərinin həlli istiqamətində operativ addımlar atılmasını prioritet vəzifələrdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə görülən tədbirlər şəhər sakinlərinin rifahının yüksəldilməsinə və sosial problemlərin həllinə xidmət edir.

Seçilən
16
3
korrespondent.az

4Mənbələr