Binəqədi rayonu, Cəfər Xəndan 85b ünvanındakı “Emsan” mağazasında həyata keçirilən alış-veriş zamanı müştəriyə 2 çek təqdim edilib.
Referans.az-ın Ajans.az-a istinadən məlumatına görə, Vergilər Nazirliyinin saytında yoxladıqda görünür ki, bu çeklərdən biri fiziki şəxsə, digəri – POS terminalla edilən ödənişin çeki isə hüquqi şəxsə məxsusdur.
Güman ki, bu addım vergidən yayınmaq üçün dövriyyəni bölmək məqsədi daşıyır.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.