AZ

Karqo şirkətindən bu halda pulunuzu tələb edə bilərsiniz

Bir çox hallarda xarici ticarət platformalarından sifarişlər zamanı yaranan problemlər daşıma şirkətləri ilə bağlı olur. Bu zaman daşıma şirkətlərinin xidmətlərindən istifadə zamanı verilən sifarişlərlə bağlı yaranan münasibətlərə ölkədə qüvvədə olan qanunvericilik normaları tətbiq edilir. 

Ölkə.Az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov deyib.

Onun sözlərinə görə, əgər sifariş olunan mal 3 ay ərzində daşıyıcı tərəfindən çatdırılmazsa, itirilmiş hesab olunur: "Bu zaman malın dəyərini daşıyıcı ödəyir. Lakin burada da istisnalar var. Belə ki, daşıma şirkəti yükün itirilməsinin və ya məhvinin risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı, yük göndərənin və ya yük alanın təqsiri və qarşısının alınması mümkün olmayan digər hallar nəticəsində baş verdiyini sübuta yetirərsə, onun məsuliyyəti aradan qalxır".

Qurum rəsmisi qeyd edib ki, bundan başqa, göstərilən xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxılmalara yol verilərsə, istehlakçı bu problemi aradan qaldırmaq üçün icraçıya əlavə müddət verə bilər: "Həmin müddətdə də xidmət yerinə yetirilməzsə, istehlakçının müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək hüququ var. Bundan başqa, xidmətdə qüsurlara yol verilməsi halında yaranan problemi istehlakçı öz vəsaiti ilə aradan qaldırarsa, çəkdiyi xərclərin ödənilməsini tələb etmək hüququna malikdir".

Seçilən
6
olke.az

1Mənbələr