Bakı şəhəri, 132-134 nömrəli lisey növbəti layihəsini həyata keçirib. Belə ki, “Gəlin, ətrafımızdakı insanlara ümid və sevinc gətirək, uşaqlarımızın dünyasını daha da parlaq edək!” devizi altında xeyriyyə yarmarkası təşkil olunub.
AzEdu.az-ın məlumatına görə, tədbirin təşkilində liseyin bütün kollektivi, xüsusilə də 9-cu siniflərin rəhbərləri, müəllimlər və şagirdlər, həmçinin valideynlər fəal iştirak ediblər.
Yarmarkada şagirdlərin əl işləri, rəsm əsərləri, kitablar, aksesuarlar, Novruz şirniyyatlarının satışı təşkil olunub. Əldə olunan vəsait autizmli uşaqların təhsil ehtiyacları üçün “Birgə və Sağlam” İctimai Birliyinə bağışlanacaq.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin İctiimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Abbasağa Dərbəndli, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, sabiq deputat Aqiyə Naxçıvanlı, iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim Zahid Məmmədov, Böhran vəziyyətlərində İdarəetmə mərkəzinin rəis müavini Əsmər Salamova və 2 nömrəli klinik Psixiatriya xəstəxanasının şöbə müdiri Aynurə Səfərova da iştirak ediblər.
Liseyin direktoru Aygün Mikayılova tədbirin açılışında çıxış edərək onun əsas məqsədini açıqlayıb. Tədbir iştirakçıları şagirdlərin milli-mənəvi dəyərlərin inkişafında bu növ aksiyaların əhəmiyyətli rol oynadığını vurğulayıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta