Birinci Liqada 18-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son oyun günündə 1 baş tutub.
Bağlanış matçında "Mingəçevir" öz meydanında MOİK-i sınağa çəkib. Füzuli Məmmədovun baş məşqçisi olduğu "şəhərlilər" paytaxt təmsilçisini minimal hesabla üstələyib. Beləliklə, "Mingəçevir" ardıcıl 4-cü qələbəsini qazanıb. Maraqlıdır ki, komanda bunların hamısında 1:0 qalib gəlib.
Turun qalan oyunlarının nəticələri:
"Baku Sportinq" - "İmişli" 2:2
“Cəbrayıl” – “Difai” 0:4
“Qaradağ Lökbatan” – “Karvan” 1:1
“Zaqatala” – “Qəbələ” 1:1
Birinci Liqa
18-ci tur
14 mart
Mingəçevir - MOİK 1:0
Qol: Taleh Fərmanov, 88.