AZ

4 komanda İkardi ilə maraqlanır

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Mauro İkardi ilə maraqlanan klubların sayı atmaqdadır.

“Cebheinfo.az” xəbər verir ki, neçə aydır zədə səbəbi ilə meydanlardan uzaq qalan dünya ulduzuna 4 klub “elçi” düşüb.

Belə ki, “Napoli”, “Roma”, “Real Sosyedad” və “Jirona” klubları argentinalı hücumçu ilə maraqlanırlar. 

Qeyd edək ki, Mauro İkardi “Qalatasaray”da meydana çıxdığı 87 matçda 61 qol vurub, 22 məhsuldar ötürmə edib. 

Onun İstanbul təmsilçisi ilə 2026-cı ilə qədər müqaviləsi var.

Seçilən
5
cebheinfo.az

1Mənbələr