AZ

"Sülhün imzalanması üçün əsas şərt Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir" - AÇIQLAMA

"Sülhün imzalanması üçün əsas şərt Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir" - AÇIQLAMAErmənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkanın müzakirəsi hələ tezdir.

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O deyib ki, Azərbaycan tərəfi hazırda Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliyin edilməsi ilə suveren ərazilərimizə 90-cı illərdən mövcud olan iddiaların çıxarılması və Minsk qrupunun ləğvini gözləyir: "Hər iki dövlət sonuncu məsələ ilə bağlı ATƏT- ə müraciət edə bilər. Azərbaycan tərəfi münaqişənin həll edildiyini nəzərə alaraq, bu barədə bir müddətdir təklif irəli sürüb. Təəssüf ki, Ermənistan tərəfi bu günə kimi birgə müraciətə qoşulmur. Ümid edirik ki, Ermənistan real niyyəti barədə bizə məlumat verəcək. Ermənistandakı revanşist qüvvələrin fəaliyyətini nəzərə alaraq, bunu ciddi risk hesab edirik".

"Sülhün imzalanması üçün əsas şərt Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov bildirib:

"Bu gün Azərbaycanla Ermənistan arasındakı sülhə əngəl olan tərəf Ermənistandır. Azərbaycan dəfələrlə qarşı tərəfə sülh müqaviləsinin imzalanması üçün öz şərtlərini irəli sürüb. Paşinyan hakimiyyəti bu günə qədər provokasiyalar yerinə, konstruktiv danışıqları seçsə idi, iki ölkənin münasibətlərində xeyli irəliləyiş əldə edilmişdi. Amma istənilən halda nəticələri sülhə doğru dəyişməyin vaxtı çatıb. Həm Azərbaycan, həm də Ermənistan tərəfindən verilən açıqlamalarda biz görürük ki, ortada sülh müqaviləsinin bağlanmaması üçün heç bir problem qalmayıb. Amma ən önəmli məsələ Ermənistanın konsitusiyasını dəyişməkdir. Onlar konsitusiyalarını dəyişmədikləri halda iki ölkə arasında sülh müqaviləsinin nəticəsinin necə olacağını təxmin etmək çox çətindir. Əgər bir ölkənin konsitusiyasında bizə qarşı ərazi iddiları yer alırsa, onda Azərbaycanla Ermənistan arasında hansı sülh müqaviləsindən söhbət gedə bilər? Əgər Ermənistan konsitusiyasını dəyişməklə bağlı bir addım atsa, ola bilər ki, yaxın gələcəkdə sülh müqaviləsi imzalansın. Amma unutmamalıyıq ki, Ermənistan eyni zamanda silahlanmağa davam edir. Onların aprel ayında Azərbaycana qarşı müharibəyə başlamaq ehtimalı da var. Amma hər bir halda hələ ortada açıq qalan suallar var. Ən önəmli məsələ isə Ermənistanın konsitusiyasını dəyişməsidir. Əgər sülh məsələsində razılıq əldə edilsə, bu hər hansı şəhərdə reallaşa bilər. Həmin şəhər İstanbul da ola bilər, Moskva da. Əsas məsələ isə problemlərin həll edilməsidir"

Seçilən
18
sonxeber.az

1Mənbələr