AZ

Onlayn məhsul alarkən nələrə diqqət etmək lazımdır? - Agentlik rəsmisi açıqladı

Onlayn
“Vətəndaşlar internet üzərindən alqı-satqı həyata keçirərkən ilk olaraq satıcı barədə zəruri məlumatları əldə etməlidirlər. Belə ki, müvafiq satıcı barəsində şikayətlərin olub-olmamasına, həmin onlayn mağazadan daha öncə alış-veriş etmiş istehlakçıların rəylərinə diqqət yetirilməsi vacibdir".
1news.az xəbər ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov bildirib.
Agentlik rəsmisi əlavə edib ki, istehlakçılara satıcının əlaqə məlumatlarının (telefon, elektron poçt ünvanı və s.) paylaşılmadığı satış platformalarından alış-veriş etməmələri məsləhət görülür: "Elektron ticarət zamanı alıcı və satıcı arasındakımüqavilə elektron sənəd formasında bağlanılır. Müqavilənin şərtləri dəqiq və başa düşülən şəkildə tərtib edilməlidir. Mal alarkən müqavilənin bütün şərtlərini diqqətlə nəzərdən keçirmək və bundan sonra alqı-satqını həyata keçirmək lazımdır. "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanununa görə, satıcının əsas öhdəliklərindən biri alıcıların zəruri məlumatlarla tanış olmasına imkan yaratması ilə bağlıdır. Belə ki, satıcı özü barədə aşağıdakı zəruri məlumatları alıcılara təqdim etməlidir: - hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı; - əlaqə məlumatları; - satıcının qeydiyyatda olduğu reyestrin adı, qeydiyyat nömrəsi və digər identikləşdirmə məlumatı; - sahibkarlıq fəaliyyətinə xüsusi razılıq tətbiq olunan halda belə razılığın olması barədə məlumat; - vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN); - malların, xidmətlərin və işlərin qiymətinə verginin və çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat; - ödənişlərin POS-terminal, internet şəbəkəsi və elektron pul kisəsi vasitəsi ilə aparılması barədə məlumatlar.

Elektron ticarət zamanı əksər hallarda ödəniş sifarişin verildiyi anda həyata keçirilir. Ödəniş tamamlandıqda istehlakçıya qəbz və ya ödənişi təsdiq edən başqa bir sənəd təqdim edilməlidir. Bəzi hallarda istehlakçılar ödənişi öz bank kartlarından başqa bir şəxsin bank kartına (card to card) köçürməklə edirlər. Lakin nəzərə alınmalıdır ki, belə ödənişlər malla bağlı hər hansı problem yarandığı halda istehlakçının satıcıya müraciət etməsini və hüquqlarının qorunmasını çətinləşdirir.Həmçinin bu cür əməliyyatlar satıcı tərəfindən vergi qanunvericiliyinin pozulmasına səbəb ola bilər və qanunvericilikdə buna görə məsuliyyət tədbirləri müəyyən edilib".

Seçilən
1
1
1news.az

2Mənbələr