“Prezidentin ənənəvi Novruz çıxışlarında mühüm mesajlar verir ”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin Novruz bayramı ilə əlaqədar ənənəvi çıxışlarına münasibət bildrərkən söyləyib. O, bildirib ki, xüsusən II Qarabağ Zəfərindən sonra Novruz bayramları zamanı Prezidentin çıxışları səciyyəvi xarakter daşıyır. Xankəndində Prezidentin söylədi: “Elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir”. Bu fikirlər hər birmizdə milli qürur hissini oyadır.
S.Qurbanov onu da bildirib ki, beynəlxalq səviyyədə Azərbaycanın mədəniyyət nümunəsi kimi qəbul edilən Novruz bayramı ilə bağlı Müzəffər Ali Baş Komandanın çıxışları bayrama xüsusi rəng qatır.