AZ

Şolts və Makron Ukraynanı müzakirə edəcək

Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron martın 18-də Berlində keçiriləcək görüşdə ABŞ ilə danışıqlardan sonra Avropa siyasətini və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Publika.az xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştrayt jurnalistlərə bildirib.

"Almaniya Federal Kansleri 18 mart 2025-ci ildə Fransa Prezidenti Emmanuel Makronu danışıqlar üçün qəbul edəcək", - məlumatda deyilir.

Görüşün əsas məqsədinin 2025-ci il martın 20-21-də Brüsseldə keçiriləcək Avropa Şurasının növbəti sammitinə hazırlıq olacağı bildirilir.

"Buna görə də əsas müzakirə mövzuları Avropa siyasəti məsələləri olacaq. Bununla belə, həmişə olduğu kimi, beynəlxalq məsələlərə, həmçinin ikitərəfli münasibətlərə, o cümlədən, ABŞ-la danışıqlardan sonra Ukraynadakı vəziyyətə də toxunulacaq", - Hebeştrayt deyib.

Seçilən
5
publika.az

1Mənbələr