1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dünya bazarında qızılın qiyməti artmaqda davam edir.
Baku TV-nin "Salam Baku" verilişində iqtisadçı ekspert Xalid Kərimli qızıla tələbatın artması fonunda bahalaşmanın Azərbaycan bazarına təsirinə aydınlıq gətirib.
Ekspert deyir ki, qiymət artımı ölkəmizin xeyrinədir:
"Azərbaycan Dövlət Neft Fondunun ehtiyatlarının beşdəbiri qızılda yatır. Belə ki, 2023-cü ilin sonunda Neft Fondunun qızıl ehtiyatı 12 faiz, 2024-cü ilin sonunda isə 20.6 faiz idi. Cari ildə bunu 25 faizə qədər artırmaq planlaşdırılır. Qızılın qiymətinin qalxması ölkəmizin sərvətinin dəyərini artırır. Bundan əlavə, Azərbaycan qızıl ixrac edən ölkədir. Buna görə də qiymət artımı ölkəmizin ixracının artması deməkdir".
Xalid Kərimli qızılın qiymətinin dünyada baş verən siyasi gərginlik və sanksiyalarla, həmçinin inflyasiyanın azalması ilə əlaqələndiyini söyləyir:
"Dünya bazarında qızılın qiyməti bir unsiyaya görə 3 000 dollara yaxınlaşır. İyunun sonunda isə onun 3 500 dollaradək bahalaşa biləcəyi iddia olunur".