Bakı.Trend:
Problemlərin səbəbləri dərindən təhlil edilmədən post-münaqişəinkişafı və regional sabitlik mümkünsüzdür.
Trend xəbər verirki, bunu 2008 və 2015-2017-ci illərdə Rumıniyanın xarici işlərnaziri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimibeynəlxalq katibliyinin baş katibi Lazar Komenesku XII Qlobal BakıForumu çərçivəsində keçirilən “Sülh naminə bərpa: münaqişədənsonrakı inkişaf və regional sabitlik” mövzusunda panel müzakirəsizamanı deyib.
Onun sözlərinə əsasən, münaqişənin uğurlu şəkildə nizamlanmasıüçün təkcə onun köklü səbəblərinin fərqinə varmaq önəmli deyil, həmdə bərpa üzrə hər şeyin aydın təsbit olunduğu bir plan hazırlamaqvacibdir.
O, qarşıdurmanın ən çətin şərtlərində belə açıq dialoqunvacibliyini vurğulayıb.
“Dialoq üçün qapıları açıq qoymaq lazımdır, hətta tərəflərarasında kəskin münaqişə yaşandığı hallarda belə”, - deyə Komeneskuqeyd edib.
O, həmçinin, Avropa İttifaqının beynəlxalq böhranların həlliyollarının tapılmasında analoji yanaşma ortaya çıxara biləcəyinəümidini ifadə edib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.