AZ

Tramp Baydeni günahlandırdı: “Rusiya ilə münasibətlərin...”

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Moskva arasındakı münasibətlərdəki mövcud vəziyyətlə bağlı Co Baydeni günahlandırıb. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yeni açıqlama verib və keçmiş prezident Co Baydeni Rusiya ilə münasibətlərin hazırkı vəziyyətinə görə məsuliyyət daşıdığını bildirib.

Tramp həmçinin ABŞ-ni bu vəziyyətdən çıxaracağına söz verib.

"Mən prezident olsaydım, müharibə olmazdı. Bu, 100 faiz olmazdı. Eynilə, İsrail də 7 oktyabrı yaşamazdı, Əfqanıstandan geri çəkilməyimiz güclü və qürurlu olardı və ölkəmizin tarixində ən utanc verici gün deyil, şanlı bir an olardı", - deyə Tramp bildirib. 

Seçilən
3
cebheinfo.az

1Mənbələr