AZ

Boris Conson alternativ enerji mənbələrinin əhəmiyyətindən danışıb

"Mən COP29-un yüksək səviyyədə keçirilməsinə görə onun müəyyən edilmiş Prezidenti Muxtar Babayevə təşəkkür edirəm. Hələ COP26 zamanı iştirakçı ölkələrin 90 faizi atmosferə atılan zərərli tullantıların həcminin azaldılması öhdəliyi götürmüşdü. Bakıda keçirilən COP29 zamanı Azərbaycanın bir sıra şirkətləri aparılan müzakirələrin tərəflərindən olub. Bu, mühüm nailiyyətdir".

APA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumunun iştirakçılarına videomüraciətində Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson deyib.

O bildirib ki, özü də yeni alternativ enerji mənbələrinin yaradılması ilə bağlı təşəbbüsləri dəstəkləyir:

"Yeni enerji mənbələrinin tapılması bizi neft və neft məhsullarının qiymətlərindəki qeyri-sabitlikdən qoruyacaq, həm də planetin təhlükəsizliyini təmin edəcək. Mənim çalışdığım şirkət sırf atmosferə atılan tullantıların azaldılması yönündə fəaliyyət göstərir. Əsas məqsədimiz həm ölkələrin, həm də hökumətlərin bu sahədə həyata keçirilən tədbirlərdən yararlanmasını təmin etməkdən ibarətdir".

Seçilən
2
3
apa.az

4Mənbələr