AZ

Comart Otorbayev: "Azərbaycanın Qarabağdakı bərpa modeli dünyada istinad nümunəsinə çevriləcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bəziləri düşünür ki, Mərkəzi Asiyada hər şey yaxşıdır, heç bir problem yoxdur, lakin bu, belə deyil".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Qırğızıstanın sabiq baş naziri Comart Otorbayev bildirib.
Ortorbayev xatırladıb ki, Qırğızıstan və Tacikistan liderləri dünən dövlət sərhədi ilə bağlı saziş imzalayıblar.
"33 il ərzində xalqlar arasında etibar yaratmağa çalışdıq və nəhayət, dünən bu məsələyə nöqtə qoymağa nail olduq", - deyə o vurğulayıb.
Sabiq baş nazir münaqişədən sonra bərpa prosesi haqqında danışarkən Azərbaycanın Qarabağda həyata keçirdiyi planın çox müfəssəl olduğunu qeyd edib:
"Mən hesab edirəm ki, bu model münaqişədən sonra bərpa üçün dünyada istinad modelinə çevriləcək. Azərbaycan nümunəsi bizim üçün də istinad olacaq".
Aləmdə Nəsib
Seçilən
4
oxu.az

1Mənbələr