AZ

Paşinyan Moskvaya gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada qələbənin 80-ci ildönümü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək dəvətini qəbul etdiyini təsdiqləyib. 

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Ermənistanın baş naziri Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı təsdiq edib ki, o, Rusiya prezidentinin dəvətini qəbul edir və mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə keçiriləcək yubiley şənliklərində iştirak edəcək", - Kremlin "Telegram" kanalında qeyd olunub. 

Ağarza Elçinoğlu

Seçilən
1
unikal.az

1Mənbələr