Portuqaliya millisinə çağırılan futbolçuların siyahısı açıqlanıb.
90deqiqe.Az-ın məlumatına görə, siyahıda hələ də əla formada olan və “Əl-Nəsr”də ardıcıl qol vuran 40 yaşlı hücumçu Kriştiano Ronaldonun adı var.
Portuqaliya heyəti belədir: Diogo Kosta, Sa, Rui Silva, Dalot, Samedo, Mendes, Tavares, Inacio, Ruben Dias, António Silva, Renato Veiga, Palhinha, Ruben Neves, João Neves, Vitinha, Bruno Fernandes, Bernardo Silva, Felix, Trinkao, Konseysao, Neto, Kenda, Leao, Jota, Ramos, Ronaldo.
Portuqaliya millisini qarşıda Danimarka ilə Millətlər Liqasının 1/4 final matçları gözləyir - səfərdə (20 mart) və evdə (23 mart).