2024-cü il "Volkswagen" konserni üçün pis dövr oldu.
Avtosfer.az xəbər verir ki, şirkətin xalis mənfəəti 30 faiz azalaraq 12 milyard avroya enib. Bunun səbəbi satışların azalması və maya dəyərinin artmasıdır. Ən ciddi azalma konsernin əsas bazarı olan Çində baş verib.
Lakin bu günlərdə üzə çıxan fakt ciddi müzakirələrə səbəb olub. Məlum olub ki, şirkətin baş direktorunun maaşı 2024-cü ildə 6 faiz artıb. Baş direktor Oliver Blum ötən il 10,3 milyon avro maaş alıb. Halbuki, eyni ildə əməkdaşların maaşı azaılb, ixtisar məsələsinə görə həftələrlə etiraz aksiyaları keçirilib.
Vüqar