AZ

COP29 çərçivəsində Azərbaycan Paris Sazişinin icrası istiqamətində mühüm addımlar atıb - Boris Conson

Bakı. Trend:

COP29 çərçivəsində Azərbaycan Paris Sazişinin icrasıistiqamətində mühüm addımlar atıb.

Trend xəbər verirki, bunu Böyük Britaniya və Şimali İrlandiyanın sabiq baş naziriBoris Conson XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “COP29:Belemə sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusundapanel müzakirəsində etdiyi videomüraciət zamanı bildirib.

Boris Conson Nizami Gəncəvi Beynəlxalq Mərkəzini uğurlu forumtəşkilatçılığı münasibətilə təbrik edib və bu tədbirin dünyaliderlərini, aparıcı siyasətçiləri və qanunvericiləri bir arayagətirdiyini vurğulayıb.

O qeyd edib ki, hazırda demokratiya uğrunda mübarizə aparanlarınyanında olmaq və eyni zamanda, ətraf mühitin mühafizəsi, eləcə də,emissiyaların azaldılması kimi qlobal problemlərə diqqət yetirməkvacibdir.

“Böyük Britaniyada biz COP26-ya sədrlik etdik və orada Qlazqoİqlim Sazişini təsdiqləməyi bacardıq. Bu isə nəticə etibarilə 90%ölkənin öz milli müəyyən edilmiş töhfələri çərçivəsindəemissiyaların azaldılmasına dair öhdəlik götürməsinə səbəb oldu”,-deyə Conson bildirib.

O, həmçinin, COP26-da əldə olunan uğurlardan, o cümlədən, iqliməkarbon qazından daha çox təsir edən metan emissiyalarınınazaldılmasına yönəlmiş Qlobal Metan Öhdəliyindən danışıb. BorisConson vurğulayıb ki, Azərbaycanın SOCAR kimi şirkətləri bumüzakirələrdə mühüm rol oynayıb.

“Ölkəsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəso faktla razılaşır ki, emissiyaların azaldılması təkcə planetinqorunmasına deyil, həm də yeni iş yerlərinin açılmasına,investisiyaların artırılmasına və iqtisadi artıma töhfə verir”, -deyə o bildirib.

O əlavə edib ki, yeni enerji mənbələrinin yaradılması enerjitəhlükəsizliyini təmin etməyə və enerji daşıyıcılarının qiymətlərdəola biləcək dəyişkənliklərdən qorunmağa kömək edir.

“Mən həmişə onun tərəfdarı olmuşam ki, bütün ölkələremissiyalarını azaltsın və paralel olaraq bundan iqtisadi baxımdanfaydalansınlar”, - deyə Boris Conson qeyd edib.

O, rəhbərlik etdiyi "Better Earth" təşkilatının hökumətlər vəbeynəlxalq şirkətlərlə birgə emissiyaların azaldılması və buprosesdən iqtisadi fayda əldə edilməsi istiqamətində çalışdığınıbildirib.

Boris Conson, həmçinin "Better Earth"ün SOCAR və digərşirkətlərlə əməkdaşlığından məmnun olduğunu ifadə edərək, dayanıqlıyanacaq növlərinin istifadəsinin sürətləndirilməsi və təmiz havalayihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

“Better Earth" istənilən hökumət və ya təşkilatla əməkdaşlıqetməyə və birgə həll yolları axtarmağa hazırdır”, – deyə o çıxışınıyekunlaşdırıb.

Məqalədə:
Seçilən
4
az.trend.az

1Mənbələr