AZ

İranın XİN rəhbəri İrəvana gedəcək

İranın xarici işlər naziri Abbas Araqçının Ermənistana səfəri gözlənilir. 

Ölkə.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komitəsinin iclasında bildirib.

O, Araqçının səfərinin vaxtını dəqiqləşdirməyib, lakin bunun yaxın gələcəkdə baş tutacağını qeyd edib.

Mirzoyan fevralda Cenevrədə Araqçı ilə görüşmək imkanı əldə etdiyini də vurğulayıb.

Həmidə İbrahimova

Seçilən
1
2
olke.az

3Mənbələr