AZ

Ermənistanın “sülh oyunu” bitdi: gerçəklər üzə çıxır – 4 maddə

Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqlar yekunlaşıb. Lakin bu, sülh müqaviləsinin imzalanması anlamına gəlmir. Prosesi bir qədər açaq.

Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev mühüm məqamlara toxundu. Ölkə başçısının çıxışı zamanı səsləndirdiyi fikirlər mətn üzrə işin yekunlaşdırılmasının hələ sülhün imzalanması olmadığını göstərir.

Belə ki;

  1. Ermənistan konstitusiyası və Müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var;
  2. Ermənistan Azərbaycan ərazisində törətdiyi cinayətlərə görə təzminat ödəməlidir;
  3. Ermənistan Bakıdakı məhkəmə ilə əməkdaşlıq etməli, adı keçən və insanlıq əleyhinə cinayətlər törətməkdə şübhəli bilinən Ermənistan ərazisində olan şəxsləri təhvil verməlidir;
  4. ATƏT-in Minsk qrupunu buraxmalıdır.

Prinsip etibarilə bunlar Bakının İrəvandan təbii, qanunauyğun tələbləridir. Ermənistan baş naziri Nikol Paşinyan isə sülhə öz hakimiyyəti dövrünü nəzərdə tutaraq baxır. Yəni İrəvanın mövqeyi qısa perspektiv üçündür. Bundan başqa, Ermənistan Azərbaycanla sülh sazişi imzalasa, Bakının gələcəkdə bunu pozmayacağını yaxşı bilir. Azərbaycan isə Ermənistana inana bilməz. Ermənistan konstitusiyası və Müstəqillik bəyannaməsində ölkəmizə qarşı ərazi iddiaları qalır. Bu, çox ciddi hüquqi faktdır. Ermənistan gələcəkdə bunu əsas gətirib, özündə güc hiss etdiyi an yenidən işğala cəhd edə bilər.

Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə görə təzminat ödəməsində qeyri-adi nəsə yoxdur. Prinsip etibarilə ortada 30 illik işğal, ərazilərimizdən qanunsuz istifadəyə dair real faktlar var. Şübhəsiz ki, Bakı bununla bağlı təzminat tələb etməlidir.

Son olaraq isə Ermənistan Bakıdakı məhkəmə ilə əməkdaşlıq etməli, adı keçən və insanlıq əleyhinə cinayətlər törətməkdə şübhəli bilinən şəxsləri Azərbaycana təhvil verməlidir.

Bakının tələblərində qeyri-adi nəsə yoxdur. Dünya siyasi tarixində, Qərb hüquq sistemində bunun bənzər nümunələri var. Ona görə Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına görə eyforiyaya qapılmaq olmaz. Ermənistan hələ də üzərinə düşən bəzi şərtləri icra etməyib. Bu isə İrəvanın yeni təxribata əl atması ehtimalını aktual saxlayır.

turan rzayev

Turan Rzayev

Mənbə: globalinfo.az

Seçilən
14
globalinfo.az

1Mənbələr