2013-cü ilin durğun günlərinin birində Neftçalanın Qaramanlı kəndində balıq alveri ilə məşğul olan Aydın Heybətov üçün isə vəziyyət bir az fərqli idi. Qızı naşanlı idi. Toy olacaqdı. Lakin həmin ərəfədə qohumlardan biri rəhmətə gedir. Aydın Heybətov toyun təxirə salınmasını istəsə də, onun yoldaşı Tükəzban Heybətova buna qarşı çıxır.
Davamında isə bir neçə gün sonra toyun dəvətnamələri paylanılır. Toy öncəsi işlər qaydasında getsə də, ata - Aydın Heybətov gözə dəymir. Soruşan olanda oğlu Emil Heybətov deyir ki, atam Mahaçqalaya gedib, toya qədər özünü çatdıracaq. Aydın Heybətovun atası Dəmir Heybətov, yəni toyu olacaq qızın babası deyir ki, qızın toyunu atasız erləmək olmaz. Bu zaman evin oğlu Emil deyir ki, atam mesaj yazıb ki, toyu yubatmayın, mən özümü çatdıracam. Toyda isə deyirlər ki, yollar bağlanıb, sərhədi keçə bilməyib. Toydan sonra ailə kənddən Bakıya köçür... Ailədən qohumları dəfələrlə Aydın Heybətovun nömrəsini istəsələr də, onlara cavab verilir ki, nömrəsini dəyişib, zəng çatmır...
Hadisədən təxminən bir il sonra nəhayət səs-sorağı gəlməyən Aydın Heybətovun atası Dəmir Heybətov polisə oğlunun itkin düşməsi ilə bağlı məlumat verir. Təəssüf ki, ata bu hadisəyə bir az gec reaksiya verir. Çünki polis işinə qarşıanda, həmin cinayətkarlar artıq cinayətkarlar hadisə ilə bağlı məlumatı olan daha bir şəxsi aradan götürmüşdülər. İkinci hadisəyə qayıdarıq. Hələki Mahaçqalaya getdiyi iddia olunan Aydın Heybətovun taleyini təqdim edirik.
Davamı videoda: