Portuqaliya yığmasının UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Danimarka ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.
Msport.az xəbər verir ki, 25 futbolçu baş məşqçi Roberto Martinesin sərəncamında olacaq. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 7-si yarımmüdafiəçi, 7-si hücumçudur.
Yığmaya dəvət alan futbolçular arasında “Əl-Nəsr”in forvardı Kriştianu Ronaldu da var.
Qeyd edək ki, Portuqaliya ilə Danimarka arasında oyunlar martın 20-si və 23-də olacaq.