ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Tramp çox yaxşı və məhsuldar müzakirə apardığını bildirib.
ABŞ prezidenti deyib ki, söhbət zamanı o, Putindən Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində tamamilə mühasirəyə alınmış qüvvələrini məhv etməməyi xahiş edib.
Ağ Ev rəhbəri bildirib ki, hazırda Ukraynada münaqişəni dayandırmaq üçün çox yaxşı şanslar var.
Müşviq Tofiqoğlu
KONKRET.az