AZ

Bu üç ölkə ABŞ-a qarşı birləşdi: nüvə danışıqlarının detalları

İran, Rusiya və Çinin yüksək səviyyəli diplomatları Tehranın nüvə proqramı ilə bağlı gərginliyi azaltmaq üçün Pekində bir araya gəlib.

Publika.az xəbər verir ki, görüş İranın ABŞ-ın danışıqlara dair çağırışlarını rədd edərək, onları “təhdid” kimi qələmə verməsindən qısa müddət sonra baş tutub.

Ötən həftə İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın danışıqlar təklifini qəti şəkildə rədd edib. Pezeşkian ABŞ-la “təhdid dili ilə danışdıqca” görüşməyəcəklərini və ölkəsinin Vaşinqtonun əmrlərinə boyun əyməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə göndərdiyi məktubda nüvə məsələlərində dialoqa çağırıb. Tramp məktubunda İran üçün iki variantın olduğunu bildirərək, “İranla ya hərbi yolla məşğul olacağıq, ya da müqavilə bağlayacağıq” deyib.

Seçilən
6
publika.az

1Mənbələr