AZ

Paşinyan Moskvaya gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirakını təsdiqləyib.

"Qazeta"ya istinadən xəbər verilir ki, bu barədə Kremlin mətbuat xidməti onun Rusiya prezidenti Vladimir Putinlə söhbətindən sonra məlumat yayıb.
“Ermənistan hökumətinin başçısı Rusiya liderinin dəvətini qəbul edib və yubiley şənliklərində iştirak etməyə hazır olduğunu bildirib”, - məlumatda deyilir.
Fevralın 9-da Paşinyan Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd etmək üçün Moskvaya rəsmi dəvət olunub.
Zaur

Mənbə: www.bakupost.az

Seçilən
6
3
www.bakupost.az

1Mənbələr