AZ

Mariya Fernanda Espinosa iqlim dəyişikliyi ilə mübarizədə ölkələrin ambisiyalarını artırmağının vacibliyini vurğulayıb

Bakı. Trend:

Ölkələr milli müəyyən edilmiş töhfələr (NDC) çərçivəsindəqoyulan hədəflərə nail olmaq və iqlim dəyişikliyi ilə effektivmübarizə aparmaq üçün ambisiyalarını artırmalıdır.

Trend xəbər verirki, bunu Ekvadorun sabiq xarici işlər naziri Maria FernandaEspinosa XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “COP29:Belemə sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusundakeçirilən panel müzakirəsində etdiyi çıxışda bildirib.

“Biz öz inkişaf modellərimizi yenidən nəzərdən keçirməliyik,belə ki, iqlim danışıqları çərçivəsində biz faktiki olaraq həyattərzini, həmçinin, istehsal və istismar yollarını müzakirə etmişoluruq”, - deyə o bildirib.

Sabiq nazir vurğulayıb ki, illərdir aparılan səylərə baxmayaraq,karbon tullantılarının həcmi artmaqda davam edir.

“Ötən il NDC-lərin təqdim edilməsi üçün son tarix var idi, lakincəmi 13 ölkə bu öhdəliyi yerinə yetirdi. Bununla belə, bir sıraölkələr, o cümlədən, Ekvador öz öhdəliklərini yerinə yetirmək üçünişlərini davam etdirdi”, - deyə Maria Fernanda Epinosa əlavəedib.

O, həmçinin, çoxtərəfli yanaşmanın və “ortaq, lakinfərqləndirilmiş öhdəliklər” prinsipinin əhəmiyyətinə diqqət çəkib,xüsusilə də Ekvador kimi aşağı karbon izi olan ölkələr üçün.

“Əgər bütün ölkələr NDC öhdəliklərini yerinə yetirsə belə,qlobal istiləşməni 1,5°C civarında məhdudlaşdırmaq üçün bu yetərliolmayacaq. Biz karbon neytrallığına nail olmaq üçünambisiyalarımızı artırmalıyıq”, – deyə o bildirib.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr