Bu günlərdə Paşinyan qapalı iclasda sülh prosesinin nəticə vermədiyini bəyan etmişdi. Ermənistan baş naziri demişdi ki, Bakı nə iddialardan, nə də dəhliz tələbindən əl çəkir, razılaşmasaq, müharibə qaçılmaz olacaq. Paşinyan bildirib ki, ictimaiyyəti bu barədə fəal şəkildə məlumatlandırmaq lazımdır. Belə olduğu halda Novruz bayramından sonra nə baş verəcək? Ermənistan konstitusiya dəyişikliyinə nə zaman gedəcək? Zəngəzur dəhlizinin açılması real görünürmü? Azərbaycanla Ermənistan arasında sülh sazişi nə zaman imzalanacaq?
Mövzu ilə bağlı siyasi şərhçi Qalib Hüseynli Referans-a açıqlamasında bildirib ki, mətbuatda yayımlanan məlumatlara görə Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi istiqamətində görülən işlər yekunlaşmaq üzrədir. Sülh müqaviləsi imzalanmağa hazırdır. Hazırda yalnız Ermənistanın üzərində işlədiyi bir neçə məsələ qalmaqdadır.
Qabil Hüseynli onu da diqqətə çatdırıb ki, Ermənistanın həll etməli olduğu mühüm məqamlardan biri də məhz öz Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı iddialarla bağlıdır. Bu iddialar konkret ləğv olunmalıdır. Erməni tərəfinin bəyanatlarına görə yaxın zamanlarda bu məsələ öz həlli tapacaq.
"Sülh müddəalarının demək olar ki, hər biri razılaşdırılıb. Ermənistan Konstitusiyasındakı bayaq qeyd etdiyim iddialar tamamilə qanundan çıxarıldıqdan sonra təxminən bir neçə ay ərzində Azərbaycanla Ermənistanla sülh müqaviləsi imzalana bilər", - deyə ekspert əlavə edib.
Bünyamin Bünyadzadə
Referans