Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-dəXII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibəverib.
Trend xəbərverir ki, dövlətimizin başçısının müsahibəsindən bir hissə martın14-də həmin televiziya kanalında yayımlanıb. İndi müsahibənin tamvariantını təqdim edirik.
Müxbir: Cənab Prezident, Qlobal Bakı Forumu artıq 12-ciildir ki keçirilir. Builki tədbirin nəticələri ilə bağlıgözləntiləriniz nədən ibarətdir?
Prezident İlham Əliyev: Ümid edirəm ki,iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlərbarədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər,xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildədəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onunpotensialını əks etdirir. Çıxışımda qeyd etdiyim kimi, buradamüxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət vəhökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyəmalikdirlər.
Artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəliffikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür vəbunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha daqızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeniideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanınformalaşmasında Forumun vacib rolu var.
- Builki Forumun mövzusu “Dünya Düzəninin YenidənDüşünülməsi”dir. Sizcə bizim hamımızın qlobal səviyyədə üzləşdiyiəsas çağırışlar nədən ibarətdir?
- Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırdayeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimizdünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyəttərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heçkəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olanodur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxiliimkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma vəhətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququnselektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxiliresurslar hesabına qurması baxımından böyük təcrübəsi var.
İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələrbeynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəflimünasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzibeynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və yatamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobaltransformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələhadisələrin gedişatından asılı olacaq.
-Biz dünyada çoxsaylı geosiyasi dəyişikliklərin şahidioluruq. Əsasən, xüsusilə də bu regionda baş verən dəyişikliklərləbağlı mövqeyiniz nədən ibarətdir?
- Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzunqorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində CənubiQafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətənsakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbətihərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlikmexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluqşəraitində yaşamağa çalışmalıyıq.
Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimiziplanlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi Sovethakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından CənubiQafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, bizbelə bir təcrübəyə malikik və sadəcə bunu nəzərimizdə saxlamalıyıq.Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlıgeridə qalmamalı, diqqətimizi regional problemlər və regionalfürsətlər üzərində cəmləşdirməliyik.
-Daha geniş regiona nəzər saldıqda burada Rusiya-Ukraynaməsələsini, Yaxın Şərqdə cərəyan edən hadisələri görürük. Qlobalkollektiv yanaşma olaraq biz bu hadisələrdən nəyi öyrənərəkirəliləyə bilərik?
- Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqcadüzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heçkəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukraynamüharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik– hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir.
Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədərdə yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına belbağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımındaimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də sizsuverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər sizhəmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardımistəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdənhesabat istəyəcək.
Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübutayetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, bizsuverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indidə gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib birnəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda başverənlərdir.
- Gələcəyə baxışınıza gəldikdə, bu qlobal sabitliyinyekunda haraya gedəcəyini görürsünüz? Sizcə, biz buna nailolacağıq?
- Bu məsələdə mən o qədər də nikbin deyiləm. Mən realist olmağaüstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nailolacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbətgedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidənbaşlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olarki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasındaatəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazındanail olunmuşdur. Lakin bu müharibənin sona çatması demək deyildi.Sadəcə transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişiimzalananda bitir.
Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindənbeş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmizyoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünküvəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədərburada sabitlik olmayacaq.
Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə vəAfrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayıartmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görəbilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllinitapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmışyeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.
- Hesab edirəm ki, belə hadisələr bu cür müzakirələrinbaşlanılmasına səbəb olur. Bu, o geosiyasi arenanın mühüm birhissədir, elə deyilmi?
- Əlbəttə. Çünki biz geosiyasi dəyişikliklərdən bəhs edəndə dahadəqiq danışmalıyıq. Bu, Vaşinqtonda baş verən hadisələrdir.Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr başverir və bu, bir daha bütün dünyanın Ağ Evdə qəbul olunmuşqərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu,qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və bizbu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq.
Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılarhadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri,narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibidir. Mənimçıxışıma nəzər salsanız görərsiniz ki, mən baş verənlərlə bağlı çoxnikbin əhvali-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, biz ABŞ-ınəvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərinpisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi bizimmilli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə bizTramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclütərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.
Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaqəvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkəninöz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Mən ümidedirəm ki, burada, bu Forumda ideyaların toqquşması baş verəcək vəbu da forumu uğurlu edəcək.
- Siz artıq prezident Trampla danışmısınız və o Sizinfikirlərinizi bölüşürmü?
- Mən, sadəcə, onunla onu seçkilərdə qələbə münasibətilə təbriketmək üçün danışmışam və bu da bizim aramızda baş vermiş yeganəsöhbətdir.
- Hələ ki. Cənab Prezident Sizinlə danışmaq hər zaman çoxxoşdur.
- Çox sağ olun. Sizə Bakıda xoş vaxt keçirməyi arzulayıram.
-Sağ olun. Sizi görmək xoş idi.
- Sağ olun.