“West Product Marketing” distribütor şirkəti “Kingsmart” supermarketlər şəbəkəsini böyüdür.
Marja.az-ın məlumatına görə, "Kingsmart"ın nəhəng 3-cü filialı Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsində açılır!.
Filialı açılışı 15 mart 2025-ci il tarixində saat 12:00-da baş tutacaq.
Qeyd edək ki, 3-cü "Kingsmart" daha böyük olması ilə fərqlənir. Supermarket geniş əraziyə və ticarət sahəsinə malikdir.
Ünvan: Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi.
“Vest Produkt Marketinq” MMC 2003-cü ildən etibarən fəaliyyət göstərir və qida sahəsində böyük distribyutor şirkətlərdən biridir. Şirkət kərə yağı bazarında lider şirkətlərdən hesab edilir. Hazırda idxal, satış, istehsal və ticarət sahəsində fəaliyyət göstərir.