AZ

Portuqaliya millisinin üzvü "Çelsi"yə keçəcək

İngiltərənin "Çelsi" klubu növbəti mövsümlər üçün transfer fəaliyyətinə indidən start verib.

Sportal.az xəbər verir ki, London klubu "Sportinq"də çıxış edən Qeovani Kendanın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Çelsi" portuqaliyalı vinger üçün onun klubuna 50 milyon avro təzminat ödəyəcək. 17 yaşlı ön xətt oyunçusu 2026-cı ilin yayında Premyer Liqa təmsilçisinə qoşulacaq. Gənc oyunçu ilə 7+1 illik müqavilənin şərtləri razılaşdırılıb.

Qeyd edək ki, Qeovani Kenda "Sportinq"in yetirməsidir. Portuqaliya millisinə də dəvət almış istedadlı futbolçu bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
12
sportal.az

1Mənbələr